12 C
Baku
Saturday, November 23, 2024

“Veysəloğlu” ilə ADA Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı

®Veysəloğlu Şirkətlər Qrupu ilə ADA Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənədi Veysəloğlu Şirkətlər Qrupunun Baş İcraçı direktoru Burak Deniz və  ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıb. 

Memoranduma əsasən qurumlar tələbələrin biznes təcrübəsi ilə daha yaxından tanış olması və şirkət əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətləri üzrə təlim-inkişaf proqramlarının həyata keçirilməsi ilə bağlı birgə fəaliyyət göstərəcəklər. 

Razılıq çərçivəsində, ADA Universitetinin tələbə və məzunları şirkətlər qrupu və ona aid olan biznes təsisatlarında təcrübə proqramında iştirak edəcəklər. Həmçinin, “Veysəloğlu”nun yüksək səlahiyyətli əməkdaşları tələbələrə biznes sahəsi üzrə seminarlar verəcək və şirkət rəhbərləri öz zəngin təcrübələrini paylaşmaq üçün ADA Universitetin tələbələri ilə görüşlər keçirəcəklər.

“Biz özəl sektorun tələblərini bilməliyik ki, əmək bazarı üçün lazım olan insan resurslarını ehtiyac olan istiqamətdə yetişdirə bilək”, – deyə ifadə edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bu əməkdaşlığın tələbələrə faydalı təcrübə qazandıracağına ümidvar olduğunu bildirib.

“Biznes sektoru və universitetlər vəhdət halında çalışmalıdır”, – deyə bildirən Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov ADA Universitetinin tələbələrini istehsalatla tanış olmaq və sahədə təcrübə toplamaq üçün şirkətə dəvət edirib.

Qeyd edək ki, Şirkətlər Qrupu ADA Universitetində pərakəndə, logistika, FMCG, biznes sahəsi üzrə elmi araşdırmaların və “ideya yarışı”nın maliyyələşdirilməsini, eləcə də lazımi istiqamətlər üzrə kitab çapını da nəzərdə tutub.

Veysəloğlu Şirkətlər Qrupu dayanıqlı inkişafa töhfə vermək məqsədi ilə davamlı olaraq təhsili dəstəkləyir. Belə ki, Şirkətlər Qrupu 2012-ci ildən etibarən “Tələbəmiz var” proqramı çərçivəsində əməkdaşlarının övladı olan 400-dən çox tələbəyə təqaüd ödəyib.

foto1

Son xəbərlər
Digər xəbərlər