12 C
Baku
Wednesday, December 11, 2024

Veysəloğlu Şirkətlər Qrupu 4 yeni vakansiya elan edir

Vəzifə: İT layihələrinin idarə edilməsi üzrə mütəxəssis

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil
Yaş həddi: 25 – 40 yaş

İşin Təsviri: İnformasiya texnologiyaları layihələrinin planlarının hazırlanması və idarə edilməsi.

Vəzifə öhdəlikləri:

– İnformasiya texnologiyaları layihələrinin planlarının hazırlanması, layihələrin gedişatına nəzarət edilməsi;
– Layihələndirilən informasiya sistemlərinin texniki şərtnamə sənədlərinin hazırlanması;
– Layihə rəhbərlərinin ona təhkim edilmiş layihələrlə əlaqədar tapşırıqların icra edilməsi;
– Layihə üzrə hesabatların mütəmadi hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər:

– Kiçik və ya orta həcmli layihələrdə layihə üzvü kimi təcrübənin olması;
– Layihə sənədlərinin hazırlanmasında təcrübənin olması;
– Analitik düşünmə və problemləri həll etmə bacarığı;
– Azərbaycan, rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
– Planlama qabiliyyəti;
– MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “İT layihələrin idarə edilməsi üzrə mütəxəssis” yazaraq CV göndərməklə müraciət edilir.


 

Vəzifə: Hüquqşünas

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Hüquq sahəsində ən azı 3 il iş təcrübəsi
Təhsil: Ali hüquqi təhsil
Yaş həddi: 25 – 40 yaş

İşin Təsviri: Məhkəmə və mülki işlərin idarə edilməsi, təşkilat daxilində əməliyyatların hüquqi dəstəklənməsi.

Vəzifə öhdəlikləri:

– Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
– Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
– Müqavilələrin hazırlanması, müqavilələrə dair hüquqi rəylərin verilməsi;
– Məhkəmədə və digər orqanlarda şirkətin adından çıxış edilməsi;
– Məhkəmə və digər orqanlara sənədlərin hazırlanması və təqdim edilməsi.

Tələblər:

– Analitik düşünmə və problemləri həll etmə bacarığı;
– Hüquqi nitq və yazışma qabiliyyəti;
– Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;
– Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
– MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Hüquqşünas” yazaraq CV göndərməklə müraciət edilir.


 

Vəzifə: İT proseslərinin idarə edilməsi üzrə mütəxəssis

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1-2 il
Təhsil: Ali təhsil
Yaş həddi: 25 – 40 yaş

İşin Təsviri: İnformasiya texnologiyaları proseslərinin hazırlanması və idarə edilməsi.

Vəzifə öhdəlikləri:

– İnformasiya texnologiyaları xidmətlərinin kataloqunun yaradılması və hər bir informasiya texnologiyaları xidməti üzrə mövcud proseslərin davamiyyət sxeminin çəkilməsi;
– Proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi və yeni proseslərin hazırlanması, hər bir proses üzrə prosedurların yazılması;
– İnformasiya texnologiyaları siyasətləri, standartları və prosedurlarının, həmçinin informasiya sistemlərinin istismar qaydalarının hazırlanması və onların mütəmadi yenilənməsinin təmin edilməsi.

Tələblər:

– Biznes proseslərin hazırlanmasında təcrübənin olması;
– Texniki sənədlərin hazırlanmasında təcrübənin olması;
– Analitik düşünmə və problemləri həll etmə bacarığı;
– Azərbaycan, rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
– Planlama qabiliyyəti;
– MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “İT proseslərin idarə edilməsi üzrə mütəxəssis” yazaraq CV göndərməklə müraciət edilir.


 

Vəzifə: Baş aşpaz (Entree Azərbaycan MMC)
İş yeri: Azərbaycan, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 220 (28 May filialı)
İş təcrübəsi: 3-5 il
Təhsil: Müvafiq sahə üzrə peşə təhsili
Yaş həddi: 25-40

İşin Təsviri: Yüksək keyfiyyətli yeməklərin bişirilməsi prosesinə nəzarətin təmini.

Vəzifə öhdəlikləri:

– Reseptlərə əsasən yeməklərin bişirilməsinə nəzarət etmək;
– Gün ərzində gərəkli olan bütün ərzaqları öncədən bildirmək;
– İstifadə olunacaq inqrediyentlərin təmizliyinə və yüksək keyfiyyətdə olmasına nəzarət etmək;
– Sifarişlərin vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
– Mətbəxdə istifadə edilən alət və ləvazimatların həmişə təmiz və işlək qaydada olmasına nəzarət etmək.

Tələblər:

– Ərzaqların saxlama müddətlərini və şərtlərini bilməli;
– Hazırlanmış məhsulların düzgün saxlanma qaydalarını bilməli;
– Mətbəxdə istifadə edilən avadanlıqların düzgün və təlimatları üzrə istifadə qaydalarını bilməli;
– Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli;
– Xammal və məhsulların kulinar emalı qaydalarını bilməli;
– İşgüzar ünsiyyət və peşə etiketi qaydalarına əməl etməli;
– İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli;
– Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli;
– Otel və restoran sistemində baş aşpaz kimi 3-5 il iş təcrübəsi;
– Rus və ingilis dili biliyi.

Təminatlar:

– Bir gün istirahət günü;
– Nahar ilə təmin edilmə.

İş qrafiki: Tam iş qrafiki.

Qeyd: Vakansiya üzrə tələb qadın namizədlərədir.

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Baş aşpaz-Entree” yazıb göndərməklə müraciət edilir.

Son xəbərlər
Digər xəbərlər