7 C
Baku
Thursday, December 12, 2024

“Veysəloğlu” vakansiyalar elan edib: maliyyə üzrə

Vəzifəniz 1: Mühasibat uçotu departamentində Böyük Mühasib

Təcrübə, bilik və bacarıqlarınız:

 İqtisadiyyat,maliyyə,mühasibat uçotu və audit sahəsində bakalavr/magistr təhsili;
 Maliyyə sahəsində minimum 3 il təcrübə;
 Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı;
 Logo Tiger və Mikro ERP proqramlarından sərbəst istifadə bacarığı arzuolunandır;
 Maliyyə,İdarəetmə,Vergi və İFRS üzrə kvalifikasiyalar;
 Daim inkişafa meyillilik;
 Dürüstlük, obyektivlik və təşəbbüskarlıq.

Bizimlə qazanacağınız təcrübə:

 Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
 Beynəlxalq mühasibat uçotu standartlarına uyğun olaraq  müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
 Beynəlxalq mühasibat uçotu standartlarına uyğun olaraq  müəssisənin maliyyə nəticələrini əks etdirən maliyyə hesabatlarını hazırlayaraq Baş mühasibə təqdim etmək;
 İkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
 Hesabat-uçot işlərini müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak etmək və təkliflər vermək;
 Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
 Müəssisədə mövcud olan bütün maddi və qeyri maddi aktivlərin inventarizasiyasını təşkil etmək;
 Sənədlər mübadiləsi prosesinin düzgün qurulmasını təşkil etmək;
 Əsas vəsaitləri reyestrin yaradılmasını təşkil etmək;
 Müqavilələr üzrə reyestri yaratmaq;
 Xərclərin tanınması qaydalarını və təsnifatının yaratmaq;
 Sənədlərə baxış və müvafiq tövsiyələrin verilməsi.

Sizə nə vəd edirik:

 Rəqabətədavamlı əmək haqqı
 Müddətsiz əmək müqaviləsi
 Hədəfli karyera inkişafı və cəlbedici daxili və xarici təlimlər
 Dinamik iş şəraiti
 İşgüzar və mehriban kollektiv
 Nəqliyyat təminatı
 Nahar yeməyi

Komandamıza qoşulmaq üçün CV-nizi [email protected] ünvanına mövzu yerinə “Böyük Mühasib” qeyd etməklə göndərməyiniz xahiş olunur.


Vəzifəniz 2: Daxili Audit Departamentinin əməkdaşı

Təcrübə, bilik və bacarıqlarınız:

 Distribusiya, pərakəndə, istehsalat və ya tikinti sektorları üzrə audit təcrübəsi
 İqtisadiyyat,maliyyə,mühasibat uçotu və audit sahəsində bakalavr/magistr təhsili
 Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı
 Logo Tiger və Mikro ERP proqramlarından sərbəst istifadə bacarığı arzuolunandır
 CIA,CRMA sertifakatları üstünlükdür
 Səlis ingilis və rus dili
 Daim inkişafa meyillilik
 Dürüstlük, obyektivlik və təşəbbüskarlıq

Bizimlə qazanacağınız təcrübə:

 Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak.
 Audit planları və proqramları əsasında daxili audit yoxlamalarının aparılması.
 Təşkilatın siyasətləri, prosedurların, standartların və digər normativ sənədlərini qiymətləndirilməsi.
 Təşkilatda yaranan qabaqcıl təcrübələrin qiymətləndirilməsinin aparılması.
 Kənar audit proseslərinə dəstəyin göstərilməsi.
 Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testləri aparılması və tapşırıqları yerinə yetirilməsi.
 Daxili audit yoxlamaları zamanı dələduzluq (fraud) risklərinin qiymətləndirilməsinin aparılması.

Sizə nə vəd edirik:

 Rəqabətədavamlı əmək haqqı
 Müddətsiz əmək müqaviləsi
 Hədəfli karyera inkişafı və cəlbedici daxili və xarici təlimlər
 Dinamik iş şəraiti
 İşgüzar və mehriban kollektiv
 Nəqliyyat təminatı
 Ləzzətli nahar yeməyi

Komandamıza qoşulmaq üçün CV-nizi [email protected] ünvanına “Daxili Audit Departamentinin əməkdaşı” qeyd etməklə göndərə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər