12 C
Baku
Saturday, November 23, 2024

“Veysəloğlu Şirkətlər Qrupu”na yeni təyinat

Veysəloğlu Şirkətlər Qrupuna yeni direktor təyin edilib.

Banker.az-ın məlumatına görə, Anar Allahverdiyev “Veysəloğlu Şirkətlər Qrupu”nda Rəqəmsal Transformasiya Direktoru təyin edilib.

Anar Allahverdiyev 2005-2009-cu illərdə Azərbaycan Texniki Universitetinin İnformatika və hesablama texnikası fakültəsində təhsil alıb.

O, 2008-2015-ci illər ərzində Dəmirbank SAP layihəsinin tətbiqində mütəxəssis, bölmə rəhbəri və SAP Texnologiyaları şöbə müdiri vəsifəsində çalışıb.

2016-2017-ci illər arasında Türkiyədə TAT Gida, Eczacıbaşı Yapı Ürünleri Grubu, HISAR CELIK və Çimsa şirkətlətində SAP layihələrinin tətbiqində, 2018-2019-cu illər arasında Yaponiyada Kirin International Holding və Amerikada Nortek Global HVAC şirkətlərində və son olaraq 2020-ci ildə Almaniyada DÖHLER – Natural Food & Beverage Ingredients şirkətlərində SAP məsləhətçi/komanda rəhbəri vəzifələrində çalışıb.

Veysəloğlu Şirkətlər Qrupunda fəaliyyətinə 2020-ci ildə başlayan Anar Allahverdiyev “SAP Texnologiyaları Departament Müdiri, 2023-cü ildən etibarən Rəqəmsal Transformasiya Direktorluğunda Direktor Müavini kimi fəaliyyət göstərib.

Son xəbərlər
Digər xəbərlər