9 iyul 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Viator Mikrokredit Azərbaycan” MMC-nin buraxılış həcmi 500 000 manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Banker.az bunu BFB-yə istinadən xəbər verir.
Qeyd olunan istiqrazların Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə yerləşdirilməsi 12 iyul 2024-cü il tarixində yekunlaşmışdır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | BOKT “Viator Mikrokredit Azərbaycan” MMC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2007021531 |
| İstiqrazın növü və forması | İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
| Ticarət üsulu/forması | Kütləvi/Birqiymətli |
| İstiqrazın sayı | 500 (ədəd) |
| İlkin ticarət qiyməti | 1,000 manat |
| Buraxılış həcmi | 500,000 manat |
| Hərrac qiyməti | 1,000 manat |
| İllik gəlirlilik faizi | 14% |
| Reallaşdırılmış həcm | 500,000 manat |
| Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 500,000 manat |
| İnvestor sayı | 8 |
| Sifariş sayı | 8 |
| Ödəmə Periodu | İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 90 (doxsan) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir |
| Tədavül müddəti | 540 gün |
| İstiqrazların ödəmə tarixi | 03.01.2026 |
| Anderrayter | “CPM İnvest İnvestisiya Şirkəti” ASC |







