9 C
Baku
Friday, December 13, 2024

Viber proqramının auditoriyası milyardı aşıb

Dünya üzrə məşhur olmuş Viber proqramının istifadəçilərinin sayı milyardı aşıb. Bu haqda xidmətin rəhbərliyi tərəfindən məlumat verilib.

Proqramın rəhbərliyinin verdiyi məlumata görə, onlar, bu xidmətin maksimum dərəcədə təhlükəsiz və rahat olması üçün əllərindən gələni ediblər. Eyni zamanda, proqrama yeni funksiyaların artırılması barədə məlumat verilmişdir.

Proqrama əlavə olunmuş yeniliklərə aiddir:

-istədiyiniz sayda iştirakçılarla çatların (söhbət otağı) yaradılması;

-demək olar ki bütün dillərlə işləyən çoxfunksiyalı tərcüməçi;

-mesajların sürətli çatması və şifrlənmə;

Lakin bütün yeniliklərə baxmayaraq, proqramın rəhbərliyi qeyd edir ki, qarşıda duran əsas məsələ istifadəçilərin məlumatlarının təhlükəsizliyinin təmin olunmasıdır. On üç yaşından on altı yaşına kimi olan istifadəçilər üçün əlavə müdafiə protokolu tətbiq olunmuşdu. Hansı müdafiədən söhbət gedir? Həmin istifadəçilərin şəkili və adı çat-bot və müxtəlif pabliklərdə görünmür.

Bu mobil xidmətin ən aktiv istifadəçilərindən biri Ukrayna ölkəsidir. Ölkə əhalisi arasında smartfon sahiblərinin 97%-i bu proqramdan istifadə edirlər.

Son xəbərlər
Digər xəbərlər