27 C
Baku
Saturday, July 27, 2024

Viganella-nın “süni günəşi”

İtaliyanın şimalında, Milandan 130 kilometr uzaqlıqda kiçik Viganella kəndi yerləşir. Yerli əhali buranı “Sibir” adlandırır. Məsələ ondadır ki, kənd dağ vadisinin ən dib hissəsində yerləşir və 11 noyabrdan 2 fevrala qədər buraya qəti şəkildə günəş şüası düşmür. Təbii ki, bir neçə ay ərzində günəş işığı olmadan yaşamaq Viganella sakinlərinin heç də ürəyincə deyildi. Burada isə təqribən 200 insan yaşayır. Vəziyyət belə olduqda insanlar çıxış yolu axtarır və belə bir qərara gəlirlər: qış zamanında kəndi işıqlandırmaq üçün süni günəş yaratmaq olmazmı?

Bir kimsə dağda, 870 metr hündürlükdə 40 kvadrat metr ölçüyə sahib güzgü örtük yerləşdirməyi təklif edir. Bu güzgü günəş işığını birbaşa olaraq Viganella kəndinə yönəldəcəkdi.

Bu çıxış yolu kütləvi informasiya vasitələrində böyük populyarlıq qazanır. Almaniya, İsveçrə və ABŞ-dan olan bir çox şirkət sözügedən layihə ilə bağlı maraqlanmağa başlayır. Lakin Viganella sakinləri patriotizmlik edərək yalnızca italyan istehsalçılar ilə işləyəcəklərini bildirirlər. Bu zaman yerli bələdiyyə qarşısında problem yaranır. Belə ki, onlar layihənin həyata keçirilməsi üçün təqribən 100 000 avro tələb olunurdu.

Xoşbəxtlikdən müxtəlif ölkələr onların “süni günəş” yaratmaq cəhdlərindən xəbərdar idilər və tezliklə sponsor tapılır. 2006-cı ilin dekabr ayında Viganella üzərində “süni günəş” quraşdırılır. Bu süni günəş yalnızca 300 kvadrat metr ərazini işıqlandırmaq imkanına malikdir. Buna baxmayaraq, kənd arzusunda olduğu günəşə qovuşdu.

Son xəbərlər
Digər xəbərlər