“Vikipediya” internet-ensiklopediyası 2020-ci ildə keçiriləcək ABŞ prezident seçkiləri ilə bağlı məqalələrin redaktə qaydalarını sərtləşdirib.
Banker.az xəbər verir ki, bu barədə layihənin administratorlarına istinadən “Wired” məlumat verib.
Nəşriyyatın qeyd etdiyi kimi, noyabrın 3-də keçiriləcək prezident seçkiləri ilə bağlı yeni qaydalar 21 oktyabr tarixində təqdim edilib. Bu qaydalara görə, 2020-ci il seçkilərinə dair məqalələrə yalnız təcrübəli (ən az 30 gün əvvəl qeydiyyatdan keçmiş və digər mətnlərə 50-dən çox düzəlişlər etmiş) redaktorlar dəyişikliklər edə biləcək. Gələcəkdə ABŞ-dakı seçkilərə dair digər mövzuları əhatə edən məqalələrə düzəlişlərlə bağlı qaydaların sərtləşdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, əvvəllər buna bənzər qoruma vasitələri koronavirus pandemiyası ilə bağlı dezinformasiyaya qarşı tətbiq edilmişdir. Administratorların verdiyi məlumata görə, bundan sonra “Vikipediya” yalnız “bütün ştatları və daha çox sayda insanı əhatə edən seçkilərə dair” məqalələr siyahısına etibar edəcək.
“Ümid edirəm ki, bu, meyarlarımıza uyğun olmayan düzəlişlər etməyə çalışan redaktorlar problemini bir qədər yüngülləşdirəcək”, – deyə mühəndis-proqramçı Molli Uayt bildirib. O əlavə olaraq qeyd edib ki, seçkilərin keçirildiyi və nəticələrin açıqlandığı gündə “Vikipediya” yeni məhdudiyyət tətbiq edəcək, hansıki prezident seçkilərində qalib gələn namizədin adını açıqlamaq hüququnu əhatə edəcək.
Xatırladaq ki, daha əvvəl “Facebook” və “Twitter” də seçkilərlə bağlı kontentin yayılması şərtlərini sərtləşdirmişdir.