7 C
Baku
Thursday, December 12, 2024

Viktor Hüqo – dahidən seçmə sitatlar

Viktor Hüqo çoxşaxəli şəxsiyyət idi: o uzun və maraqlı roman yazdığı bir zamanda naşirinə yalnız 1 sual işarəsi qeyd olunan məktub da göndərə bilirdi. Aşağıda dahi yazıçının “Notr Dam kilsənin qozbeli”, “Səfillər”, “Gülən adam” əsərlərindən seçilmə sitatları təqdim edirik. Bu sitatlar sübut edir ki, dahi yazıçı 1 cümlə ilə çox şeyi izah etməyi bacarırdı.

  • Düşmənimin kürəyimə bıçaq batırmasına biganə yanaşıram. Lakin dostun söz iynələrinin ağrısı dözülməzdir.
  • İnsanı düşüncələrinə görə deyil, arzularına görə daha dəqiq mühakimə etmək mümkündür.
  • Həyat bir qapını bağlamadan, digərini açmaz.
  • Biz səs-küylə doğulur, susqun şəkildə ölürük. Bizim öhdəmizə düşən gülüşlə yaşamaqdır.
  • Xoşbəxt olmaq kifayət deyil. Özün-özünlə sülh şəraitində yaşamalısan.
  • İnsanın bütün davranışlarına ikili yanaşmaq mümkündür: birini nəyə görə mühakimə edir, birini nəyə görə mükafatlandırırlar.
  • İnsana bir fikir hakim kəsildikdə, o fikirlə hər yerdə qarşılaşar.
  • Dünyada zamanında yaranmış ideyadan daha qüvvətli heç nə yoxdur.
  • Mehriban olmaq çətin deyil, çətin olan ədalətli olmaqdır.
  • İnsan sevginin nə olduğunu izah edə bilirsə, demək o heç vaxt sevməyib.
  • Bizim davranışlarımız bizi zirvələrə qaldıra və ən dərin uçurumlara ata bilər. Biz – öz davranışlarımızın nəticələriyik.
  • İnsanın siması daim onun daxili dünyasını əks etdirir və fikirlərin müəyyən rəngə sahib olmadığını düşünmək yalnışdır.
  • Düşüncələrinizi dəyişin, prinsiplərini qoruyun: yarpaqları dəyişin, kökü qoruyun.
  • Kişilərin həqiqətən sevdiyinin sübutu – cəsarətsizlik, qadınların həqiqətən sevdiyinin sübutu isə – cəsarətdir.
  • Gülüş – günəşdir. O insan simasındakı qışı yox edir.
  • Ölmək – heç nədir, dəhşətli olan yaşamamaqdır.
  • İnsanın üç xarakteri var: 1 – insanların onda gördüyü, 2 – insanın özündə gördüyü, 3 – həqiqi xarakteri.
Son xəbərlər
Digər xəbərlər