10 C
Baku
Saturday, November 23, 2024

Viktor Orban Aİ-ni Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırır

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqını Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırır.

Bu barədə Baş nazirin partiyası “Fides” ilə sıx bağlı olan “Magyar Nemzet” qəzeti yazıb.

Qəzetin məlumatına görə, Macarıstanın Baş naziri Viktor Orban partiya təmsilçiləri ilə iclasında bildirib ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bu ilin sonuna qədər ləğv edilməlidir.

Orban qapalı iclasda sanksiyaların Rusiyadan daha çox Avropa iqtisadiyyatına zərər verdiyini və sanksiyaların götürülməsinin inflyasiyanın qarşısını alacağını və tənəzzül riskini azaldacağını bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər