Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
O, bu barədə tviterdə yazıb.
Hökumət başçısı bildirib ki, dünyaya müharibə və sanksiyalar əvəzinə, sülh və əməkdaşlıq lazımdır: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında uğurla vasitəçilik edən yeganə liderdir.
Azərbaycanın dövlət başçısı İlham Əliyev isə Avropaya enerji mənbələrini şaxələndirməyə kömək edir. Onlara təşəkkür borcumuz var!”