13 C
Baku
Friday, November 28, 2025

Macarıstanın Baş naziri Viktor Orban bu gün Putinlə görüşəcək

Macarıstanın Baş naziri Viktor Orban 28 noyabrda Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini, burada Ukrayna böhranının həlli və enerji təchizatı məsələlərini müzakirə edəcəklərini bildirib.

“Bu gün Rusiya prezidenti ilə danışıqlar aparacağıq. Mən ora gedirəm ki, Macarıstan üçün bu qış və gələn il üçün münasib qiymətə enerji təchizatını əldə edim”, – deyə Baş nazir bildirib.

Baş nazir vurğulayıb ki, ucuz Rusiya nefti və qazı sayəsində Macarıstan Avropa İttifaqında enerji qiymətlərinin ən aşağı olduğu ölkə olub.

22 oktyabrda ABŞ Maliyyə Nazirliyi “Rosneft”, “Lukoil” və onların törəmə şirkətlərini yeni anti-Rusiya sanksiyaları paketinə daxil edib. ABŞ hesab edir ki, tətbiq etdiyi məhdudiyyətlər Ukrayna ilə bağlı münaqişəyə görə Moskvaya təzyiq göstərməlidir.

Orban və ABŞ prezidenti Donald Tramp 7 noyabrda Vaşinqtondakı görüşdə razılaşıblar ki, ABŞ Rusiyanın enerji şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalardan Macarıstanı istisna edəcək. Daha sonra bir sıra Qərb KİV-ləri ABŞ administrasiyasındakı mənbələrə istinadən bildirib ki, bu istisna bir il müddətinə verilib. Budapeşt isə bu istisnanın müddətsiz olmasında israr edir.

Son xəbərlər
Digər xəbərlər