28 C
Baku
Sunday, July 14, 2024

Viktoriya Nuland ABŞ dövlət katibinin birinci müavini olacaq

Viktoriya Nuland ABŞ dövlət katibinin birinci müavini olacaq.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin mətbuat açıqlamasında bildirilib.

Qeyd olunub ki, may ayında dövlət katibinin müavini Vendi Şerman dövlət qulluğundan təqaüdə çıxacağını elan edib və iyulun 28-i onun bu postda son iş günüdür.

“Vendi Şerman təqaüdə çıxdıqdan sonra Prezident Bayden Viktoriya Nulanda dövlət katibinin yeni müavini təsdiqlənənə qədər bu vəzifəni icra etməyi tapşırıb. Biz şanslıyıq ki, təcrübəsi, bacarığı və Departamentə bağlılığı olan biri bu məsuliyyəti öz üzərinə götürəcək”, – Blinken bildirib.

Qeyd edək ki, Viktoria Nuland ABŞ dövlət katibinin köməkçisi vəzifəsində çalışır.

Son xəbərlər
Digər xəbərlər