24 C
Baku
Bazar, May 29, 2022

Vilayət Eyvazov polis kapitanını Xocalıya DYP rəisi təyin etdi – ƏMR

Xocalı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis kapitanı Əliyev Ramin Vitali oğlu təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək Goranboy RPŞ DYP bölməsində çalışıb.

Xocalı DYP-nın əvvəlki rəisi Nemət Məmmədov Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmri ilə yaş həddi ilə bağlı təqaüdə göndərilib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər