13 C
Baku
Sunday, November 27, 2022

Vilayət Eyvazov polkovnik-leytenanta səfirlikdə vəzifə verdi

Daxili İşlər Nazirliyinin Azərbaycanın Qazaxıstandakı səfirliyi yanında nümayəndəsi vəzifəsinə təyinat olub.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə polkovnik-leytenant Ənvər Zöhrabbəyli təyin edilib.

Qeyd edək ki, bir neçə ay əvvəl məşhur diplomat, Azərbaycanın BƏƏ, Pakistan və Əfqanıstandakı keçmiş səfiri Daşqın Şikarovun qardaşı, polis polkovniki Nəsimi Şikarov Daxili İşlər Nazirliyinin Azərbaycanın Qazaxıstandakı səfirliyi yanında nümayəndəsi vəzifəsindən geri çağırılıb.

 

 

Son xəbərlər
Digər xəbərlər
X