22 C
Baku
Thursday, April 25, 2024

Vilayət Eyvazov yeni rəis təyin etdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov növbəti kadr dəyişikliyi həyata keçirib. 

Nazirin əmriylə Gəncə şəhər Baş Polis idarəsinin əməliyyat üzrə rəis müavini, polis polkovniki Abdıyev Müqalib Göygöl Rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Gəncə şəhər Baş Polis idarəsinin əməliyyat üzrə rəis müavini vəzifəsinə isə hələ ki, təyinat baş verməyib.

DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov təyinat haqda məlumatı  təsdiqləyib.

©Qafqazinfo.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər