26 C
Baku
Saturday, July 27, 2024

Vilayət Zahirov: Azərbaycanda 9 bələdiyyə ilə bağlı məhkəmədə iddia qaldırılıb

“Azərbaycanda bələdiyyə aktlarının hüquqi ekspertizasına diqqət artırılıb. Ötən il bələdiyyə aktlarının 2200-dən çoxunun ləğv edilməsi və ya dəyişdirilməsi barədə təkliflər verilib. Bələdiyyələr bu təklifləri qəbul edib, aktlarda düzəlişlər ediblər”
Banker.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.

O qeyd edib ki, 9 bələdiyyə təklifləri icra etmədiyi üçün onlarla bağlı məhkəmədə iddia qaldırılıb: “Bu iddialardan 4-ü baxılaraq təmin edilib, 5 iş isə məhkəmələrin icraatındadır”. 

V.Zahirovun sözlərinə görə, bələdiyyə qanunvericiliyinə əməl etməyən bələdiyyə sədrləri ilə bağlı inzibati tənbeh tədbirlərinin görülməsinə dair müəyyən dəyişiklik edilib.

Son xəbərlər
Digər xəbərlər