6 C
Baku
Sunday, December 15, 2024

Vilayət Eyvazov işdən qovduğu polis rəisini yeni vəzifəyə təyin etdi

2015-ci ildə xidməti otağında əməliyyat müvəkkilini döyən, ötən il yol verdiyi ciddi nöqsanlara görə xidmətdən xaric edilən polis bölməsi rəisi Rafael Allahverdiyev yenidən polis sistemində işə başlayıb.

Polis polkovnik-leytenantı Rafael Albabayev bir neçə gün öncə daxili işlər orqanlarında xidmətə yenidən bərpa edilib. Hazırda R.Albabayev Yasamal Rayon Polis İdarəsində baş təhqiqatçı kimi xidmətə başlayıb.

Qeyd edək ki, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin rəisi olan Rafael Albabayev 2020-ci ildə xidmətdə yol verdiyi ciddi qanun pozuntularına, əməliyyat-axtarış fəaliyyətini düzgün icra etmədiyinə görə işdən çıxarılıb və təqaüdə göndərilib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər