17 C
Baku
Sunday, May 12, 2024

Vilnüs sammitində Ukraynaya çoxillik yardım paketi təsdiqlənəcək

“Vilnüs sammitində biz Ukraynanı daha güclü edəcəyik, onun gələcəyi ilə bağlı mənzərəni müəyyənləşdirəcəyik”.

Bunu NATO Baş katibi Yens Stoltenberq gələn həftə Vilnüsdə keçiriləcək sammitdən əvvəl mətbuata açıqlamasında deyib.

“Mən gözləyirəm ki, müttəfiq ölkələrin liderləri 3 elementdən ibarət olan paket barədə razılığa gələcəklər ki, bu, da Ukraynanı NATO-ya daha da yaxınlaşdıracaq. Birinci element olaraq, biz Ukraynaya çoxillik yardımla bağlı proqramı qəbul edəcəyik. İkinci element olaraq, biz siyasi əlaqələrimizi daha da dərinləşdirmək üçün Ukrayna – NATO Şurasının əsasını qoyacağıq. Və üçüncü element olaraq, mən gözləyirəm ki, müttəfiq liderləri bir daha təsdiq edəcəklər ki, Ukrayna NATO-ya üzv olacaq və Ukraynanın bu məqsədinə necə çatması istiqamətində birləşəcəklər”.

Xatırladaq ki, NATO-nun Vilnüs sammiti 11-12 iyulda keçiriləcək.

 

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər