20 C
Baku
Monday, April 15, 2024

Vilyam Hacıyev Pentensiar Xidmətin təcridxanasına köçürülür

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəsin vəkilləri vəsatət qaldırıb.

Onlar V.Hacıyevin barəsində irəli sürülmüş cinayət işinə xitam verilməsini istəyib.

Müdafiəçilər bunu təqsirləndirilən şəxsə elan olunmuş ittihamlarla tamamilə razı olmaması və özünü təqsirli bilməməsi ilə əlaqələndiriblər.

Daha sonra vəkillər V.Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini və təqsirləndirilən şəxsin saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Pentensiar Xidmətin təcridxanasına köçürülməsini tələb ediblər.

V.Hacıyev vəkillərinin vəsatətlərini müdafiə etdiyini, ittihamlarla razılaşmadığını bildirib.

Vəsatətlərdən biri təmin edilib. Məhkəmə V.Hacıyevin Penitensiar Xidmətin təcridxanasına köçürülməsinə dair qərar çıxarılıb.

Məhkəmənin baxış iclası sentyabrın 28-nə təyin olunub.(report)

 

Son xəbərlər
Digər xəbərlər