12 C
Baku
Saturday, November 23, 2024

Vintil ‘tam açıq’, amma yanmağa yer yox

Ukrayna müharibəsinin Rusiya iqtisadiyyatına mənfi təsirləri davam edir. Rusiya rublu dəyərdən düşməkdədir. Bu arada, Rusiya Avropaya sata bilmədiyi qazı başqa bazarlara yönəltməyə çalışır. Ancaq Rusiyanın nəhəng “Gazprom” şirkətinin də imkanları tükənir. “Gazprom” 2023-cü ildə daxili və xarici bazarlara ötən illə müqayisədə 26.5 faiz az qaz nəql edib. Şirkət ötən ilin eyni dövründə bazarlara 225.7 milyard kub-metr qaz nəql etmişdi. Bu ilin eyni dövrün göstəricisi 166 milyard kub-metrdir. “Gazprom” bu azalmanı siyasi və iqtisadi amillərlə izah edib. Şirkət “siyasi amillər” dedikdə Avropanın Rusiya qazından imtinanı nəzərdə tutub. Bundan başqa 2022-ci ilin qışının nisbətən az soyuq olduğunu təsiri də vurğulanıb. Halbuki, Rusiya rəsmiləri və mediası təbliğat aparırdı ki, Avropa donma təhlükəsi yaşayacaq və bu halda Rusiya qazına ehtiyac duyacaq. Avropa donmadı və başqa rerurslar hesabına vəziyyətdən çıxdı. “Gazprom” şirkətinin ümidi Türkiyə və Çinədir. Türkiyə üzərindən qazın satışı hələ müzakirə dövründə olduğuna görə əsas bazar əvvəlkitək Çin sayılır.

Qaz nəqlinin xaricində Rusiya-Çin iqtisadi münasibətlərində mənfi amillər diqqəti çəkir. CNN televiziya kanalının məlumatına görə, Rusiya Çinə təxminən 150 min boş konteyneri geri qaytara bilmir. Çindən Rusiyaya daşınan məhsulların həcmi o qədər çoxdur ki, boşalan konteynerlər sərhəddə ilişib qalıb. Bundan başqa iki ölkə arasında ticarətdə disbalans yaranıb. Çin Rusiyaya müxtəlif məhsulları satır, Rusiyadan isə ancaq xammal alır. Xammalı isə həmin konteynerlərdə geri göndərmək mümkün deyil.

“İki ölkə arasındakı ticarət mübadiləsinin həcminin 155 milyard dollara çatmasına baxmayaraq, Çinin ixrac gücünün azaldığı diqqət mərkəzindədir”- deyə, “Atlas” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir. Şahinoğlu deyir ki, bütün hallarda Rusiya Ukrayna müharibəsinə görə Çin məhsullarına möhtac qalıb.

“Rusiyanın Avropa ölkə ilə ticarət mübadiləsi dayanıb. Rusiya özünə lazım olan məhsulları Çindən almağa çalışır. Çin Rusiyanın maşın bazarında əhəmiyyətli rol oynamağa başlayıb. Rusiya Çində istehsal olunan maşınları alır. Çinin avtomobil istehsal edən müəssisələri Rusiyada kütləvi şəkildə ticarət mərkəzləri açırlar”.

Bunun hesabına Çinin “Chery” avtomobil şirkətinin gəlirləri dəfələrlə artıb, xarici bazarlarda, o cümlədən Rusiyada 450 min nəqliyyat vasitəsi satıb. Rəqəmlər artsa da, Rusiya istehlakçıları məmnun deyillər. Çünki Ukrayna müharibəsinə qədər Rusiya vətəndaşları Avropanın modern nqəliyyat vasitələrini almaq imkanına malik idilər. İndi isə ya keyfiyyətsiz yerli maşınlar almalı, ya da Çindən gətirilən nəqliyyat vasitələrinə üstünlük verməlidirlər.

Son xəbərlər
Digər xəbərlər