28 C
Baku
Saturday, July 27, 2024

Vircin adalarının “Caspian Wireline services LTD” şirkətinin gətirdiyi avadanlıqlar Azərbaycandan çıxarıla bilər

Vircin adalarının “Caspian Wireline services LTD” şirkəti barəsində inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə yazılıb.

Protokol Səbail Rayon Məhkəməsinə göndərilib, işə baxan hakim Ülviyyə Şükürovadır. 17.04.2024-cü il tarixinə baxış iclası təyin edilib.

İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinə əsasən, aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə – inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

 

Son xəbərlər
Digər xəbərlər