24 C
Baku
Wednesday, August 17, 2022

“Virgin Galactic” ilə kosmosa uçuş 450 min dollara başa gələcək

“Virgin Galactic” şirkəti suborbital məkana uçuş biletlərinin satışını bərpa edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Bildirildiyi kimi, biletin başlanğıc qiyməti 450 min dollar təşkil edir. İyulun sonuna qədər artıq 600 nəfər bilet almaq üçün ərizə verib.

Biletlərin qiymətləri “Virgin Galactic”in 2021-ci ilin ikinci rübünün maliyyə hesabatlarında verilir. Press-relizdə qeyd olunur ki, bir anda bir və ya bir neçə bileti almaq mümkün olacaq.

İlk suborbital uçuş sentyabrın sonuna planlaşdırılır. Uçuş ABŞ-ın Nyu-Meksiko ştatının “Amerika” kosmodromundan baş tutacaq.

Xatırladaq ki, iyulda suborbital uçuş “Virgin Galactic”in qurucusu milyarder Riçard Brenson həyata keçirib. Onunla birlikdə beş nəfər uçub (iki pilot və üç mütəxəssis). Onlar 86 km hündürlükdə bir saat keçirib, bundan sonra şirkətin səhmləri 7%-dən çox bahalaşıb.

Son xəbərlər
Oxşar xəbərlər