5 C
Baku
Saturday, December 14, 2024

“Virgin Galactic”in dəyəri Brensonun kosmosa uçuşundan sonra 800 mln. dollardan çox artıb

“Virgin Galactic”in dəyəri Riçard Brensonun kosmosa uçuşundan sonra 841 milyon dollar artıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Bildirildiyi kimi, şirkətin səhmləri 7.1% bahalaşıb.

“Bloomberg” agentliyinin verdiyi məlumata görə, ilin əvvəlindən bəri “Virgin Galactic”in səhmləri təxminən iki dəfə artıb, şirkətin dəyəri isə hal-hazırda 11.8 milyard dollar təşkil edir.

Ötən həftənin bazar günü “Virgin Galactic”in rəhbəri Riçard Brenson beş nəfərlə kosmosa uçub. Uçuş yarım saatdan bir az çox davam edib. Ondan əvvəl “Forbes USA” bu uçuşun uğurlu olduğu təqdirdə, bu hadisənin kosmos biznesi üçün tarixi əhəmiyyət kəsb edəcəyini və Brensona etimadın artacağını yazıb.

Son xəbərlər
Digər xəbərlər