15 C
Baku
Friday, April 26, 2024

Virtual pul oğurlayan virus aşkarlanıb

“Kasperski laboratoriyası” şirkətinin ekspertləri istifadəçilərin elektron pul kisələrindən kriptovalyuta oğurlayan virus aşkarlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, virus pulları istifadəçi vəsaitləri bir kriptovalyuta kisəsindən digərinə köçürən zaman oğurlayır. İstifadəçi tranzaksiyanın həyata keçirilməsi zamanı “kopyala və qoy” funksiyası vasitəsilə vəsaiti alan şəxsin pul kisəsinin identifikasiya nömrəsini “kopyalayır”. Bundan sonra qurğuların mübadilə buferini izləməyə başlayan “CryptoShuffler” adlanan virus aktivləşir. Ehtimal edilən pul kisəsi ünvanını aşkarlayan proqram onu öz hesab nömrəsi ilə dəyişərək pulları birbaşa cinayətkarlara köçürür.

Antivirus şirkətinin məlumatına görə, cinayətkar əməllər nəticəsində dəyən ziyanın məbləği 140 min dollar qiymətləndirilir.

Hazırda “CryptoShuffler” müəllifləri ən çox “Bitcoin” pul kisələrinə hücum həyata keçiriblər. Onlar artıq 23 “Bitcoin” virtual pul oğurlayıblar ki, bu da təxminən 140 min dollara bərabərdir. Digər kriptovalyutalarda oğurlanan məbləğ isə bir neçə dollardan bir neçə minədək təşkil edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər