Azərbaycanda 2020-ci ilin 1 dekabrına orta aylıq nominal əmək haqqı respublika üzrə 703.5 manat olub.
Bu barədə Dövlət Statistika Komitəsindən Banker.az-a bildirilir.
Orta aylıq əməkhaqqı 1 mart 2020-ci il tarixində 744.5 manata yüksəldikdən sonra, ölkədə koronavirus səbəbindən sərt karantinlərin tətbiqi fonunda ölkə üzrə orta aylıq əməkhaqqı sonrakı ayların hər birində mənfi dinamika ilə düşüb.
Mart ayının ilk günü ilə müqayisədə dekabrın ilk günündə 5.5%, yəni, 41 manat azalıb.