Müəllif: Сavid Abbasov
Virus marketinq termini ilk dəfə Draper Fisher Jurvetson tərəfindən 1997 ci ildə istifadə olunmuşdur. Virus marketinq, şirkətlərin böyük xərclər istifadə etməyinə ehtiyac olmadan insanların bir mesajı digər insanlarla öz istəkləri olaraq paylaşmasıdır. Bu metoda həmdə ağızdan ağıza marketinq və yaxud reklam deyilir. Müasir dövürdə məhşur olan djital marketinq şirkətləri, bu strategiyanı djital marketinqdə ciddi şəkildə tətbiq etməyə yönləndirir. Axı dövrümüz djital dövrüdür.
Ona görədə bu yazıda virus marketinqi djital olaraq əla alacağam. Djital marketinqdə virus marketinq strategiyası, insanların şirkətlərin mesajlarını və ya məhsullarını saytlarda, sosial şəbəkələrdə öz ətrafındakı insanlarla bölüşməsidir. Yazının davamında virus marketinqin djital marketinqdə necə istifadə olunmasına nəzər salacayıq.
Virus marketinq strategiyasının çox xüsusiyyətləri var. Bu yazıda bunlardan 6-sını ələ almışam.
Azərbaycanda o qədərdə düzgün istifadə edilməyən bu yöntəmə, həmdə ciddi şəkildə yanaşmırlar. Effektiv bir viral marketinq strategiyası tətbiq etmək istəyən şirkətlər, virus marketinqin xüsusiyyətlərini göz ardı etməməlidirlər. Bu xüsusiyyətlər:
Pulsuz mal və ya xidmət göndərmək: Pulsuz, sözü marketinq mesajlarının ən güclü kəlimələrindən biridir. Mesaj içərisində ucuz və ya bahalı olmama sözü qarşı tərəfdə maraq yaradarkən, pulsuz olması isə adətən mesajın daha sürətlə yayılmasını təmin edir . Marketoloqlar mükafat sistemini də geniş şəkildə tətbiq edirlər. Beləki məhsulu yada xidməti alana mükafat var kimi sözlərdən istifadə edirlər. Pulsuz olaraq təqdim etdikləri mal və xidmətlərə yada mükafatlandırmaya görə bəlkə də başlanğıcda xeyir əldə etməsələrdə, amma yaxın və ya gələcək bir zamanda qazanc əldə etməyi hədəfləyirlər. Pulsuz məhsullar istehlakçının diqqətini çəkərkən şüuraltı olaraq təqdim olunan digər pullu məhsullarında reklamı getməkdədir. Saytın diqqətçəkən olması elektron ticarətdə satış imkanları və reklam gəlirlərini yüksəldir. Bu halda virus marketinq prosesində bəzi məhsullar pulsuz olaraq təqdim olunarkən, pulsuz məhsuldan dolayı saytı ziyarət edənlərin sayında meydana gələcək artım sayəsində, pullu olaraq təqdim olunan bəzi məhsulların satışının da artacağı bəlli məsələdir.
İstehlakçıların rahatlıqla paylaşım etməsi: İstehlakçıların bir mesajı asan və rahat bir şəkildə göndərməsi bu mesajın daha fəal şəkildə yayılmasına kömək olacaqdır. Qısası, hazırlanan viral mesajın rahat şəkildə yayılmasını təmin etmək üçün bu mesajın istehlakçılar tərəfindən rahat göndərilməsinə imkan yaradacaq şəkildə hazırlanmış olması lazımdır.
Kiçik kütlələrdən geniş kütlələrə asanlıqla yayılmaq: Virus marketinq strategiyasını istifadə edərək məhsulunu yaymaq istəyən bir firmanın ilk növbədə hədəf kütləsində olan insanlara mesajını göndərməsi daha effektiv olacaqdır. Bu zaman rahat mesajın altında paylaşım üçün rahat bir şəkildə sadecə bir tıklamağla mesajı paylaşan bir düymə yerləşdirmək lazımdır.
İstəklərə xitab etmək və hərəkətə keçirtmək: Diqqət çəkməyən və üstünlüyü verməyən bir mesajın yayılması çətin məsələdir. Uğurlu marketoloqlar ümumiyyətlə insan istəklərinə toxunaraq onları hərəkətə keçirdirlər. İnsanın elektron mühitdə özünə gələn mesajı oxuması, hər şeydən əvvəl mesajın diqqət çəkmə gücünə bağlıdır. İstehlakçıların bir şey qazanmaq istəyi alınan mesajın ötürülməsində təsirlidir. İnsan istək və hərəkətə keçirtmə yolu ilə planlanan bir marketinq strategiyasının uğurlu olma ehtimalı yüksəkdir. Bu baxımdan, milyonlarla mesajın və ya saytın olduğu bir şəraitdə ön plana çıxmaq şərtdir.
Mövcud sosial şəbəkələrdən istifadə etmək: İnsanların çoxunun sosial olduğunu söyləmək mümkündür. Hər bir fərd ailəsi, iş yoldaşları və ətrafından ibarət müxtəlif qruplar ilə daim əlaqə içindədir. Cəmiyyətdəki mövqeyinə bağlı olaraq, bir adamın Internet mühitində yüzlərlə və ya minlərlə yoldaşı ola bilər. Sosial alimlər hər bir fərdin yoldaş, ailə və qohumlardan ibarət olmaq üzrə 8-12 nəfərlik bir şəbəkəyə sahib olduğunu ifadə edir. Mesajın istənilən hədəf kütləyə çatması ancaq mesajın doğru nəfərə çatdırılması ilə mümkün ola bilər. Sosial şəbəkələri lazımsız bilmək, xüsusilə güclü şəbəkə təsirinin hakim olduğu bazarlarda səhv marketinq qərarlarına səbəb ola bilər.
Digər üstünlüklərdən istifadə etmək: Bir çox yaradıcı virus marketoloq, digər mənbələrdən istifadə etməyi bacarırlar. Məsələn, yaxşı qurulmuş sistem sayəsində yaxşı reytinq qazanmış saytlarda və yaxud məhsullarda qrafik linkləri və ya mətnlər yerləşdirilir. Veb saytı ziyarət edən bir istehlakçı, yada məhsulu alan bir istehlakçı bu yolla digər mənbələrə da rahat bir şəkildə çatırsa, məhsulun yayılması daha sürətli bir şəkildə baş verəcəkdir və satışları sürətli şəkildə artıracaqdır.
Mənbə:http://cavidabasov.blogspot.com.tr/