15 C
Baku
Tuesday, May 14, 2024

Virus sərhəddən girməmiş Azərbaycanda tibbi məhsullara təlabatı artıbmış- rəqəmlər

Azərbaycanda koronavirus təhlükəsinin əsasən son iki ayında hiss olunduğu ilin I rübdə əczaçılıq üçün əhalinin xərclərində mühüm artımlar müşhidə edilib. Banker.az bu barədə məlumatı Dövlət Statistika Komitəsinə (AzStatKom) istinadən xəbər verir.

AzStatKom bildirir ki, cari ilin yanvar-mart ayları ərzində Azərbaycan əhalisi 144,7 mln. manat pul xərcləyib. Ötən ilin eyni dövründə 110,5 mln. manat olduğunu nəzərə alsaq, bu illik 30,5 faiz artımın olması deməkdir.

Bu artımın əsasən COVID-19 təhlükəsi səbəbindən əhalinin apteklərə praflaktik tədbir kimi bir sıra tibbi məhsulların alması üçün getdiyi səbəbindən baş tutub.  Ölkədə əhalinin 1 mart 2020-ci il tarixinə olan sayına baxsaq 10 milyon 79,3 min nəfər təşkil edib, bu illik 1% artım belə etmir.

2020-ci ilin ilk rübünə nəzər salsaq, yanvarda – 40,5 mln. manat , fevralda – 50,8 mln. manat və mart ayında isə 53,4 mln. manatlıq əcazçılıq məhsullarına xərc etdiyini görərik.

Bildirək ki, 2020-ci ilin əvvəlindən başlayaraq koronavirus səbəbindən Çinin mərkəzi əyalətlərində kütləvi yoluxmanı əngəlləmək üçün karantin rejimləri tətbiq edilib. Daha sonra isə həmin arealda olan yaxın bir neçə dövlətin sərhədlərindən daxil olaraq zəncirvari yoluxmalar qeydə alınmışdı.

Bu virusla bağlı artıq təhlükə kimi isə fevraldan başlayaraq Azərbaycanda da hiss olunmağa başlayıb. I rübün son ayından isə Azərbaycanda yoluxmanın kütləvi yayılmaması üçün ciddi karantin rejimləri tətbiq olunur. Hazırda isə bu rejim indiyə qədər (aprel) davam etməkdədir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər