21 C
Baku
Friday, October 11, 2024

“Virus vaksini satmaq üçün labaratoriyada hazırlanıb” fikrinə Təbib-dən açıqlama

“Virus vaksini satmaq üçün labaratoriyada hazırlanıb” fikrinə Ramin Bayramlı açıqlama verib.

Banker.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Real TV”yə müsahibəsində bunu deyib.

O, bildirib ki, yer kürəsində əgər 7 milyard insanın yaşadığını nəzərə alsaq, vaksinin bildiyimiz Türkiyə tərəfindən 11 dollar qiymətdə alınmış olsa, bu 77 milyard edəcək. 77 milyardında  vaksinlərdə 2 doza olduğunu nəzərə alsaq, 140 milyard edir.  Yəni dünyadakı bütün insanları biz peyvend etsek 140 milyard dollar biz onlara pul ödəməliyik.

Dünya iqtisadiyyatına bu virusun vurduğu zərər 140 milyard dollarnan ölçülə bilərmi? Xeyr- Trillyonlardan söhbət gedir. Trillyonlarla dünya iqtisadiyyatı, turizm və digər sektorlar zərər görüb. Bu fikirlər tamamilə həqiqətdən kənardır. Bildirək ki, bu fikirlər maska ətrafında da gedirdi- deyə Ramin Bayramlı bildirib.

Son xəbərlər
Digər xəbərlər