İspaniyada Covid-19 virusuna yoluxanların sayı 180 mini keçib. Bu göstəriciyə görə ölkə dünyada ABŞ-dan sonra ikinci yer tutur. İspaniyada koronavirusun olmadığı yaşayış yeri yoxdur.
Bu barədə Banker.az ” Vesti.ru”ya istinadən xəbər verir.
Daha doğrusu, demək olar ki, yoxdur. Məlum olub ki, turist axınının güclü olmasına baxmayaraq, Kanar arxipelaqındakı La Graciosa adasında virus yoxdur. Bu statistikanın sirri nədir və orada yaşayanlar özlərini necə qoruyurlar?
Qeyd edək ki, La Graciosa adasının cəmi 700 sakini var və onların çoxu artıq pensiyaya çıxmış insanlardır.
Sakinlərin fikrincə, onların bəxti gətirib. El arasında La Graciosa adasını “cənnət yeri” adlandırırlar. Baxmayaraq ki, adada yoluxma halları qeydə alınmayıb, ərazidə özünütəcrid rejimi tətbiq olunub.
29 kvadrat kilometrlik ada koronavirusa qarşı dayanıqlı ola bilsə, bu ərazi karantin məhdudiyyətlərinin qaldırılacağı ilk yer ola bilər. Söhbət iki kənddən gedir: Kayeta del Sebo və Pedro Barba. Bəlkə də bu, bütün Kanar adalarına aid olacaq. Günəşli və isti iqlim sayəsində xəstəlik daha az sürətlə yayılır.
Alimlərin fikrincə, İspaniyada ən təhlükəsiz yer də məhz buradadır.