-1 C
Baku
Sunday, December 15, 2024

“Visa” 1.8 mlrd. avroya “Tink” platformasını alacaq

Dünyanın ən böyük ödəmə sistemlərindən biri olan “Visa” 1.8 milyard avroya “Tink” fintex-platformasını alacaq.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, “Tink” şirkəti 2012-ci ildə Stokholmda qurulub və hal-hazırda orada təxminən 400 nəfər çalışır.

Bu platforma banklara, fintex-şirkətlərə və startaplara maliyyə xidmətlərini inkişaf etdirməyə imkan verir. “Tink” proqram interfeysi müştərilərə maliyyə məlumatlarına daxil olmaq, ödəmələrə başlamaq və şəxsi maliyyə idarəetmə vasitələrini yaratmaq funksiyalarını təqdim edir.

Bildirilir ki, “Tink” markanın adını və hazırkı idarəetmə qrupunu qoruyub saxlayacaq.

Həm də qeyd olunur ki, əməliyyat tənzimləyicilər tərəfindən təsdiq edilməlidir və onun icrası qaydalarında uyğun olmalıdır. “Visa” bu alışın daha əvvəl elan etdiyi səhmlərin geri alınması proqramına və dividend siyasətinə heç bir təsiri olmayacağını söyləyib.

Son xəbərlər
Digər xəbərlər