28 C
Baku
Saturday, July 27, 2024

“Visa” 2022-ci ildə supermarketlərdə kartla ödəniş tariflərini dəyişdirəcək

“Visa” beynəlxalq ödəniş sistemi 1 fevral 2022-ci ildən etibarən supermarketlər üçün kart qəbulu üzrə banklararası komissiyanı 1%-dən 3%-dək artıracaq.

Banker.az “Kommersant”a istinadən xəbər verir.

Bundan əlavə, 2022-ci il ərzində iri mebel, məişət texnikası və kuryer xidmətləri satıcıları üçün güzəştli tarif ləğv ediləcək.

Tikinti materialları, ev əşyaları və bağçılıq məhsulları satan mebel mağazaları üçün yeni qayda 8 iyul 2022-ci il tarixində qüvvəyə minəcək. Bu, 5 avqust 2022-ci il tarixindən məişət texnikası mağazalarına, 30 sentyabr 2022-ci il tarixindən isə kuryer xidmətlərinə də təsir edəcək. Bildirildiyi kimi, “interchange” kartın kateqoriyasından asılı olacaq və 1.5-2.3% arasında dəyişəcək.

Şirkətin nümayəndələri 2022-ci ilin aprel ayından etibarən “Visa İnkişaf Fonduna” xidmət haqqının 0.01%-dək artırılacağını vurğulayıblar.

“Visa” elektron ödənişlərin və onların qəbulu şəbəkələrinin inkişafı üçün bazarda lazımi şərtləri təmin etmək məqsədilə banklararası komissiyaları vaxtaşırı yenidən nəzərdən keçirir. Mövcud proqramların tarif siyasəti bazar reallıqlarına uyğunlaşdırılması məqsədini daşıyır.

Qeyd edək ki, “interchange” ödəniş sisteminin gəlir sahələrinə aid deyil. Emitent bank onu alır və ödəniş infrastrukturunun inkişafına, yeni ödəniş həllərini yaratmağa, o cümlədən elektron ödənişlərin təhlükəsizliyini təmin etməyə yönəldir.

Son xəbərlər
Digər xəbərlər