“Visa” 50-dən çox kriptovalyuta şirkəti ilə əməkdaşlıq etdiyini açıqladı

“Visa” ödəmə sistemi müştərilərinə rəqəmsal valyutaları xərcləmək və konvertasiya etmək imkanını vermək üçün 50-dən çox kriptovalyuta şirkəti ilə əməkdaşlıq edir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, bu cür əməkdaşlıq insanlara dünyanın 70 milyon ticarət nöqtəsində kriptovalyutanı xərcləməyə imkan verəcək.

“Satıcılar heç nəyi dəyişdirməli olmayacaqlar, çünki bu, adi bir şey olacaq. Bizim müxtəlif platformalarda kriptovalyutası olan milyonlarla tacirimiz var. Onlar satış nöqtələrini və terminalları dəyişdirmək, o cümlədən blokçeynin nə olduğunu öyrənmək istəmirlər”, – deyə “Visa”nın kriptovalyutalar şöbəsinin rəhbəri Kuy Şeffild qeyd edib.

“Visa” istifadəçilərə nağd pul, hava yolu milləri və ya otel balları kimi mükafat şəklində kriptovalyutalar qazanmaq imkanını təqdim edəcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.