28 C
Baku
Saturday, July 27, 2024

VISA: Azərbaycan nağd ödəniş səviyyəsinə görə dünya göstəriciləri ilə müqayisədə ilk sıralardadır

VISA beynəlxalq ödəmə sistemi Azərbaycanda nağdsız ödənişlərin səviyyəsinin dünya göstəriciləri ilə müqayisədə aşağı olduğunu qeyd edir.

“Əgər dünya göstəricilərinə nəzər salsaq, bu gün dünya üzrə ödənişlərin yalnız 36%-i, Azərbaycanda isə 83%-i nağd formada həyata keçirilir”, – deyə VISA-nın nümayəndəsi Məcid Hüceyr bu gün Bakıda keçirilən seminarda bildirib.

VISA-nın məlumatına görə, 2018-ci ildə Azərbaycanda ödənişlər bazarı $26 mlrd. 295,7 mln. təşkil edib. Bu həcmin yalnız 4%-i ödəniş kartları vasitəsilə həyata keçirilib, daha 13%-i isə birbaşa köçürmələr təşkil edib. Qalan həcm nağd hesablaşmaların payına düşüb.

“Dünya üzrə bütün əməliyyatların təxminən 40%-i (dünya üzrə həcm $39 trln. 556 mlrd. 346,6 mln. təşkil edib) nağdsız ödənişlərin, daha 16% birbaşa köçürmələrin, 4% isə ayrı-ayrılıqda çek və digər ödəniş növlərinin payına düşür”, – deyə M. Hüceyr qeyd edib.

©İnterfaks

Son xəbərlər
Digər xəbərlər