11 C
Baku
Tuesday, March 5, 2024

“Visa” Azərbaycanın daxil olduğu bölgəsi üzrə yeni marketinq direktoru təyin edib

Bu gün “Visa” Tariq Abdulla baş vitse-prezident və Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (CEMEA) regionu üzrə marketinq direktoru vəzifəsinə təyin olunduğunu elan edib.

Banker.az-a verilən məlumata gör, CEMEA regionuna Azərbaycan da daxildri.

Tariq Abdulla artıq 2 maydan etibarən bu vəzifəni icra edir.

“Visa”nın qlobal marketinq direktoru Frənk Kuperin rəhbərliyi altında Tariq Abdulla Visa-nın Dubaydakı (BƏƏ) regional ofisində çalışacaq.

“Tariq bizə maraqlı dövrdə qoşulur. Keçmişdə müştərilər heç vaxt “Visa” ilə bir brend və xidmət təchizatçısı kimi bu qədər sıx əlaqədə deyildilər. İndi “Visa” onlar üçün gündəlik həyatda və biznesdə daima yeni imkanlar yaradır və onları genişləndirir,” – Visa-nın Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika üzrə regional prezidenti Əndryu Torre deyib.

Tariq 20 ildən artıq təcrübəyə malikdir. Öncədən o, Yaxın Şərq – Afrika – Cənubi Asiya regionunda “TikTok”un baş meneceri vəzifəsində çalışaraq, 9 regional ofisdə müvafiq komandalara rəhbərlik edib.

Bundan əvvəl Tariq 10 il ərzində “Google” şirkətində müxtəlif vəzifələrdə, ən son regional marketinq direktoru vəzifəsində çalışıb, Avropa, Yaxın Şərq və Afrikanın inkişaf edən bazarlarda marketinq komandalarına rəhbərlik edib.

O, “Visa”ya qoşulmağına “çox sevin”diyini deyib.

Tariq Böyük Britaniyanın Şeffild biznes məktəbindən biznes inzabatçılığı magistri dərəcəsini, Beynəlxalq reklam assosiasiyasının əlavə təhsil diplomunu almazdan öncə Qahirədə Amerika universitetinin fərqləndirmə ilə bakalavr dərəcəsi ilə bitirib. Evlidir, iki övladı var.

Son xəbərlər
Digər xəbərlər