Visa: “Azərbaycanın kənd yerlərində kart infrastrukturunun inkişafında çətinliklər var”

0
Kristina Doroş

“Visa” beynəlxalq ödəmə sistemi Azərbaycanda ekvayer bankları ilə ödənişi kartla qəbul etmək infrastrukturun genişləndirilməsi, habelə Azərbaycanda təmassız ödəniş terminallarının quraşdırılması ilə bağlı işləri inkişaf etdirmək niyyətindədir.

Report agentliyi xəbər verir ki, bu barədə “Visa International” şirkətinin Qafqaz regionu üzrə yeni direktoru Kristina Doros Azərbaycanda “Visa Token Service” xidmətinin işə başlamasına həsr olunmuş tədbirdə bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Bu, banklar tərəfindən görülən əhəmiyyətli tədbirlərdir, amma bunun zəruri olduğunu başa düşürük. Bundan əlavə, “Visa” kontaktsız ödəmə terminalları vasitəsilə həyata keçirilən telefon vasitəsilə alışların ödənilməsi üçün infrastrukturun inkişafını stimullaşdırır”, – o deyib.

Onun sözlərinə görə, Azərbaycanın kənd yerlərində kart infrastrukturunun inkişafında çətinliklər var, lakin bu, təkcə Azərbaycana məxsus xüsusiyyət deyil, hər bir bazar bununla qarşılaşır.

“Bundan əlavə, “Visa” tərəfdaş banklarla POS-terminallar şəbəkəsinin inkişafı ilə yanaşı, bu prosesi banklar üçün iqtisadi cəhətdən daha əlverişli və istifadəçilər üçün daha da asan edəcək yeni texnologiyaların inkişaf etməsi istiqamətində işləyir”, – K.Doros söyləyib.