VİSA Beynəlxalq ödəniş sistemi Azərbaycanda bir sıra tenoloji yeniliklər təqdim etmək niyyətindədir. Bu barədə VİSA şirkətinin vitse-prezidenti, baş direktoru, MDB və Cənub-Şərqi Avropa regionunda həllər üzrə rəhbəri Kristina Doroş bəyan edib.
“İlk növbədə, qeyd etmək istərdim ki, yayda Azərbaycanda tokenizasiya texnologiyası – istifadəçilərin kart məlumatlarının şifrlənməsini tətbiq etmək istəyirik. Qeyd olunan texnologiya ondan ibarətdir ki, əməliyyatın həyata keçirildiyi zaman kartın bütün məlumatları şifrlənir. Bu, tranzaksiyaların təhlükəsizliyini asanlaşdırmağa imkan yaradacaq”, – Doroş qeyd edib.
VİSA-nın nümayəndəsinin sözlərinə görə, gələcəkdə tokenizasiya həmçinin kartları istifadəçilərin mobil telefonlarına uyğulamağa şərait yaradacaq, bu da kartın fiziki mövcudluğunu gərəksiz edəcək.
“Bundan əlavə, biz daha bir yenilik üzərində işləyirik, bu, mobil telefonların yardımı ilə kartlar vasitəsilə ödəniş qəbul etməyə imkan verəcək. Bizə məlumdur ki, banklara POS-terminallar almaq və onları quraşdırmaq hər zaman qitisadi baxımından faydalı deyil. Texnologiyamız trelefonu POS-terminala çevirməyə imkan yaradacaq, bu da kartların ödənişə qəbul prosesini mühüm dərəcədə sadələşdirəcək”, – Doroş məlumat verib.
Onun sözlərinə görə, hazırda bu texnologiya sınaqdan keçirilir. “Biz onu tam hazır vəziyyətə gətirərək daha sonra müxtəlif ölkələrdə, həmçinin Azərbaycan bazarında tətbiq etmək niyyətindəyik”, – Doroş əlavə edib.
©İnterfaks-Azərbaycan