“Visa” beynəlxalq kart təşkilatı “Paris-2024” Yay Olimpiya Oyunlarında bazara yeni təmassız məhsul çıxaracaq.
Bunu “Visa” şirkətinin Azərbaycandakı baş direktoru və regional meneceri Nurlan Hacıyev Milli Olimpiya Komitəsi ilə birgə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, “Visa” hər yay olimpiya oyunlarında bazara yeni, daşınan təmassız məhsullar çıxarır: “Bu dəfə də yeni məhsulla bazara çıxacağıq. Düşünürük ki, bu, artıq “Visa”da ənənə halını alıb və hər yay olimpiya oyunu bizim üçün yeni innovasiyanı bazara çıxarmaq deməkdir”.