5 C
Baku
Saturday, December 14, 2024

Visa Classic kredit kartlarının reytinqi

Plastik kartların yüksək dərəcəli müdafiəsi olduğundan onların istifadəsi nağd pulların istifadəsindən daha rahat və etibarlıdır. Plastik kartların vacib üstünlüklərindən biri də siz xaricdə olarkən belə kartınızdan istifadə edə bilərsiniz və bununla bağlı banka xəbərdarlıq etməyə ehtiyac duyulmur. Bu kartlara misal olaraq, visa classic kartını göstərmək olar. Kartın köməyilə siz bütün xərclərinizi, çox rahat şəkildə ödəyə bilərsiniz.

Visa classic kartından siz kredit kartı kimi istifadə etmək üçün aldıqda kartın şərtlərinə diqqət yetirməlisiniz. Çünki hər bank təklif etdiyi faizlər, maksimal məbləğ, illik faiz və s. görə bir birindən fərqlənir. Kartı əldə etmək üçün sizdən şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunacaq. Əgər zaminə ehtiyac olarsa, sizinlə birlikdə zaminin də şəxsiyyət vəsiqəsi və iş yerindən arayışı tələb olunacaq. Kredit kartı istifadə etdiyiniz zaman siz bankın kredit kartınıza qoyduğu maksimum məbləğə qədər alış-veriş və yaxud ödəniş edə bilərsiniz.

Qeyd edək ki, Bank of Azerbaijan və Zamin Bank kredit prosesini müvəqqəti dayandırdığı üçün, Bank of Baku isə telefon vasitəsilə cavab vermədiyindən reytinqdə qeyd olunmayıblar.

N

Bankın adı

Max məbləğ

Max müddət

Kartın qiyməti

İllik faiz

Güzəşt müddəti

Komisyon haqqı

Zamin

1

Beynəlxalq Bank

2 000
AZN/USD

12 ay

25 AZN

22%

30 gün

1,5%

Tələb olunmur

2

Amrahbank

3 000
AZN/USD

12 ay

25 AZN

24%

5%

1 zamin

3

Bank Technique

3 000
AZN/USD

12 ay

30 AZN

24%

30 gün

0,5%

1 zamin

4

Bank VTB

5 000
AZN/USD

24 ay

20 AZN

25%

45 gün

2%

1 zamin

5

Bank Respublika

3 000
AZN/USD/EUR

12 ay

pulsuz

25%

45 gün

1%

1 zamin

6

Rabitəbank

5 000
AZN/USD

12 ay

25 AZN

26%

30 gün

1%

1 zamin

7

NBC Bank

3 000
AZN/USD

12 ay

30 AZN

26%

1%

Tələb olunmur

8

DəmirBank

3 000
AZN/USD

12 ay

pulsuz

27%

40 gün

1%

1 zamin

9

Ata Bank

5 000
AZN/USD/EUR

12 ay

pulsuz

28%

37 gün

1%

1 zamin

10

Expressbank

3 000
AZN/USD

12 ay

17AZN

28%

2%

1 zamin

11

AG Bank *

5 000
AZN/USD/EUR

12 ay

21 AZN

30%

35 gün

1%

1 zamin

12

Unibank

5 000
AZN/USD

12 ay

 pulsuz

30%

35 gün

2%

1 zamin

13

Access Bank

5 000
AZN/USD/EUR

12 ay

pulsuz

33%

40 gün

2%

1 zamin

* Bankın müştərisi olmuş şəxslərə verilir

Son xəbərlər
Digər xəbərlər