13 C
Baku
Thursday, November 14, 2024

“Visa” “FTX” kriptobirjası ilə əməkdaşlığı dayandırır

Beynəlxalq ödəniş sistemi “Visa” bazar günü, noyabrın 13-də “FTX” kriptovalyuta birjası ilə tərəfdaşlıqda debet kartlarının emissiyasına dair müqavilələrə xitam verildiyini açıqlayıb. Qərar birja iflas etdikdən və ona qarşı ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən şirkətə qarşı araşdırmalara başladıqdan sonra verilib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“FTX” və “Visa” tərəfdaşlığı oktyabrın əvvəlində elan edilib. Proqram 40-dan çox ölkədə mübadilə istifadəçi hesabları ilə əlaqəli “Visa” debet kartlarının emissiyasını əhatə edib.

“FTX” noyabrın 11-də müflis olmaq üçün müraciət edib. Şirkətin “Twitter” səhifəsində dərc olunan bəyanatda “FTX Group”un baş direktoru Sem Benkman-Frida da istefa verdiyini deyib.

Eyni gündə “FTX Digital Markets” kriptobirjasının aktivləri Baham adlarının Qiymətli Kağızlar Komissiyası tərəfindən dondurulub. Tənzimləyici bu qərarını aktivlərin qorunması və likvidlik böhranı ilə üzləşən birjasının sabitləşdirilməsi zərurəti ilə izah edib.

Baham hökuməti həmçinin şirkət üçün müvəqqəti likvidator təyin edib. Agentliyin məlumatına görə, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası kriptobirjanın baş direktoru Sem Benkman-Fridə qarşı araşdırmaya başlayıb.

Yaxın günlərdə etibarsız aktivlərlə bağlı xəbərlər fonunda istifadəçilər sürətlə kriptovalyutaları satmağa başlayıblar, bu da bitkoinin çökməsinə gətirib çıxarıb.

Son xəbərlər
Digər xəbərlər