“Visa” mərkəzi bankların rəqəmsal valyutalarını kartlar və pul kisələri vasitəsilə sınaqdan keçirəcək.
Banker.az xəbər verir ki, məlumata görə, şirkət bu ilin yazında blokçeyn proqram təminatı tərtibatçısı “ConsenSys” ilə pilot proqram işə salacaq. Bundan öncə “Visa” 30-a yaxın mərkəzi bankla hökumət tərəfindən dəstəklənən rəqəmsal valyutalarla bağlı məqsədləri müzakirə edəcək.
Qeyd edək ki, hal-hazırda “Visa” “Circle Internet Financial”ın daxil olduğu konsorsium tərəfindən buraxılan steyblkoin USD Coin ilə əlaqəli ödəniş kartlarını təklif edir.
“Visa” 2020-ci ildə CBDC-ni (mərkəzi bankın rəqəmsal valyutası) sınaqdan keçirmək üçün oxşar sınaq platformasını işə salan “Mastercard”a qoşulacaq.