26 C
Baku
Saturday, July 27, 2024

“Visa” maliyyə hesabatlarını açıqladı

“Visa” nın dekabrın 31-də başa çatan 2019-2020 maliyyə ilinin ilk rübü üçün hesabatına görə, şirkətin xalis mənfəəti 10% artaraq 3,272 milyard dollara çatıb. Bir səhm üzrə mənfəət 1,46 dollar təşkil edir və bu, ötən ilki qiymət ilə müqayisədə 12,3% çoxdur.

Banker.az “Vecti.Ekonomika”ya istinadən xəbər verir ki, ödəniş sisteminin illik gəliri 10% artaraq 6,054 milyard dollara çatıb.

“2019-2020 maliyyə ilinin ilk rübünün göstəriciləri biznesimizin bütün dünya üzrə inkişaf etdiyini əks etdirir”, – “Visa” nın baş direktoru Alfred Kelli (kiçik) hesabata şərh bildirir.

Son xəbərlər
Digər xəbərlər