13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

“Visa” Moskvada “çay pulunun” nağdsız köçürülməsi xidmətini işə salıb

faizlere

Vəsait ofisiantın elektron cüzdanına köçürüləcək.

Banker.az xəbər verir ki, “Visa” ödəmə sistemi “Russkiy standart” bankı ilə birlikdə Moskvada “çay pulunun” nağdsız köçürmələri xidmətini işə salıb.

Müştəri “Visa” kartı vasitəsilə ödəniş etdikdə “çay pulu” da daxil olmaqla ödəyəcəyi məbləği qeyd edir və “çay pulu” ofisiantın elektron cüzdanına daxil olur. Elektron cüzdandan pul çıxarıldıqda 5% komissiya haqqı tutulur.

Hələki bu xidmət yalnız Moskva şəhərindəki “Xleb Nasuşniy” restoranında tətbiq edilib. “Russkiy standart” bankının nümayəndəsi qeyd edir ki, tədricən digər restoranlar, həmçinin gözəllik salonları və otellər də bu sistemə keçəcəklər.

Qeyd edək ki, “Visa” xidmətinin əsasını bir kartdan digər karta həyata keçirilən pul köçürmələri təşkil edir. Ödəmə sistemi pul köçürmələrinə görə komissiya haqqı tutur.

“Xleb Nasuşniy” restoranının rəqəmsal marketinq direktoru Aleksey Panov bildirir ki, müştərilərin təxminən 70% nağdsız ödənişlərə üstünlük verir. Belə hallarda onlar ofisianta “çay pulu” qoya bilmədikləri üçün özlərini pis hiss edirlər.

“Visa” layihəsi digər bir banka da maraq göstərir: Moskva kredit bankı və VTB.

 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər