Banker.az saytı The Wall Street Journal-a istinadən xəbər verir ki, Visa beynəlxalq ödəniş sistemi avqust ayında yeni proqramı işə salacaq və şirkət sözügedən bu proqram çərçivəsində kiçik biznesə ödəniş avadanlıqlarını müasirləşdirmək üçün müəyyən vəsait təklif edəcək.
Əvəzində isə şirkətlər nağd vəsaitlərdən imtina etməlidir. 50-dən çox restoran və məhsul təminatçısı proqramda iştirak edəcək. Visa hər bir şirkətə 10 min dollar ödəyəcək.
Bunun ardınca isə bu şirkətlərin müştəriləri yalnızca ya debet və yaxud kredit kartları ilə, həmçinin Apple Pay kimi təmassız ödəniş sistemləri vasitəsilə ödəniş edə biləcək.