24 C
Baku
Wednesday, October 5, 2022

Visa nağdlaşdırmaya görə komissiya haqqı tutulmasına icazə verdi

Banker.az rus mediasına istinadən xəbər verir ki, dünyanın nəhəng ödəniş sistemi olan Visa şirkəti bankomat sahibi olan banklara (ekvayerlərə) müştərilərdən nağdlaşdırma əməliyyatına görə komissiya haqqı tutmağa icazə verib.

Əvvəllər, ödəniş sistemləri banklara bankomatdan nağd pul çıxarılmasına görə komissiya haqqı təyin etməyi qadağan edirdilər.

İndi bank kartından nağd pul çıxarmağa görə komissiya haqqını kartı buraxan bank götürür və bununla da, bankomat sahibi ilə hesablaşır. Bunun sayəsində kart sahibi bilir ki, komissiya haqqı hər zaman istənilən bankomatdan istifadəyə görə aktualdır.

Adətən kartı buraan bankların bankomatından nağd pul çıxarmaq pulsuzdur, bəzi banklar isə öz müştərilərindən komissiya haqqı tutur. Çünki onlar özləri də banklararası komissiya ödəyir.

İndi bankomat sahibləri komissiya haqqı tuta biləcək, lakin o halda ki, digər ödəniş sistemləri də həmçinin komissiya haqqı tutmağa icazə verir.

 

Son xəbərlər
Oxşar xəbərlər