15 C
Baku
Friday, April 26, 2024

Visa-nın NFC üzükləri satışa buraxıldı

Visa şirkəti ödəniş etmək funksiyasına sahib üzüklər üçün ilk sifarişləri qəbul etməyə başlayıb. Belə bir gadgeti istehsalçının NFCRing saytından əldə etmək mümkündür. Üzüyün dəyəri isə 39,99 funt sterlinq təşkil edir. Keramik üzük bir neçə ölçü və rənglərdə mövcuddur. Bu NFC funksiyalı üzüklər sukeçirməz olduğundan onu adi aksessuar kimi istifadə etmək olar.

Cihazın ödəniş funksiyasını Gemalto şirkəti yaradıb. NFC üzüklər ödəniş məlumatlarının təhlükəsiz şəkildə qorunması üçün mikroçipə, təmassız ödəniş üçün isə NFC-modula sahibdir. Bundan əlavə, üzüklər təhlükəsizliyin qorunması üçün məlumatların tokenizasiyası (şifrələnmə) texnologiyası ilə təmin edilib. Üzüklərdə batareya yoxdur və enerji ilə təmin edilməsinə ehtiyac duyulmur.

Beləliklə, Visa şirkətinin təklif etdiyi bu NFC üzüklər ilə mağazalarda plastik kartlarla yanaşı ödəniş etmək mümkün olacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər