15 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

“Visa” ödəmələri kriptovalyutada həyata keçirməyə başlayacaq

Screen Shot 2021 09 02 at 14.34.20

“Visa” ödəmə sistemi şəbəkədəki hesablaşmalar üçün USD Coin (USDC) steyblkoin istifadə etməyə imkan verəcək.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Verilən məlumata görə, ödəmə sistemi “Crypto.com” platforması ilə birgə pilot layihəyə start verir və 2021-ci ilin sonunda tərəfdaşlarına əməliyyatları bu kriptovalyutada aparmaq imkanını təqdim etməyi planlaşdırır.

“Dünyadakı istehlakçıların rəqəmsal valyutaların alınması, saxlanılması və istifadə edilməsi kimi xidmətlərə artan tələbini görürük və müştərilərimizin onları əlçatan edəcək məhsullarda maraqlı olduqlarını müşahidə edirik”, – deyə “Visa”nın kriptovalyutalar şöbəsinin rəhbəri Kuy Şeffild söyləyib.

Qeyd edək ki, “Bank of New York Mellon”, “BlackRock” və “Mastercard” da daxil olmaqla böyük maliyyə şirkətləri ödəmə əməliyyatlarını kriptovalyutada aparmaq imkanını nəzərdən keçirdiyini açıqlayıb. Mütəxəssislərin fikrincə, yaxın gələcəkdə kriptovalyutalar investisiya portfelinin bir hissəsi olacaq.

Xatırladaq ki, daha əvvəl “Bloomberg” agentliyi “Visa”nın yeni kriptokart buraxmaq planları haqqında yazmışdır. Bu kart istifadəçilərə mil və ya pul deyil, mükafatları bitkoin şəklində almağa imkan verəcək. Layihənin realizə edilməsi 2021-ci ilin yazında planlaşdırılır.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər