Beynəxalq ödəmə sisteminin mətbuat xidmətindən verilən məlumata görə, “Visa” yeni olan “Visa Secure” (daha əvvəl “Verified by Visa” kimi tanınan) proqramını təqdim edib.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Yenilənmiş protokol Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika bazarında aprelin 18-dən etibarən mövcuddur. “Visa Secure” ticarət nöqtələrinin riayət etməli olduğu yeni qayda və siyasətlər təklif edir”, – mesajda deyilir.
“Visa Secure” proqramı ən son EMV 3D Secure (3DS) spesifikasiyasından istifadə edir – ticarət nöqtəsi, kartın emitenti və sahibi arasında məlmat mübadiləsi üçün yenilənmiş protokol. Bu protokol kart sahibinin autentifikasiyasını asanlaşdırır. Onun köməyi ilə kart sahibi, onlayn mağazada alış-veriş edərkən fiziki kartını təqdim etmədən kartı verən bank və ya digər təşkilat vasitəsilə şəxsiyyətini təsdiqləyə bilər. Əlavə təhlükəsizlik səviyyəsi icazəsiz əməliyyatların qarşısını almağa və tacarət müəssisələrini fırıldaqçılıqdan qorumağa imkan verir.
“Visa Secure” proqramı fırıldaqçılıqdan daha etibarlı qorunmanı təmin edir, kart sahibləri üçün onlayn ödənişləri sadələşdirir və bununla həm kart sahiblərinə, həm pərakəndə, həm də xidmət müəssisələrinə və banklara bir çox üstünlüklər verir”, – relizdə deyilir.