9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

“Visa” rəqəmsal dollarla bağlı patent almaq üçün müraciət edib

ABŞ-ın Patent və Ticarət Nişanları İdarəsi (USPTO) “Visa” nın blokçeyn texnologiyasından istifadə edərək rəqəmsal valyuta yaratmaq üçün patent müraciəti etdiyini açıqlayıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir .

Bu patent rəqəmsal dollarlara, eləcə də funt, yen və avro kimi digər rəqəmsal valyutalara tətbiq edilir. Bununla da Mərkəzi Bankın fiziki valyutasını dünyanın istənilən yerində rəqəmləşdirmək mümkün olacaq.

“Rəqəmsal Fiat Valyutası” (Digital Fiat Currency) olaraq xarakterizə edilən patent almaq üçün müraciət ilk dəfə “Visa” tərəfindən 8 noyabr 2019-cu il tarixində edilmişdir. Rəqəmsal valyutanın yaradılması və fiziki valyutanın dövriyyədən çıxarılması blokçeyndə qeyd olunur.

Konqres rəqəmsal dollar ideyasını Covid-19 ilə əlaqədar CARES yardım paketini müzakirə edərkən nəzərdən keçirmişdir. Rəqəmsal dollar son qanunvericiliyə daxil edilməməsinə baxmayaraq, ayrı-ayrı layihələr həm Nümayəndələr Palatasına, həm də Senata təqdim edilib.

download

Son xəbərlər
Oxşar xəbərlər