11 C
Baku
Monday, November 18, 2024

“Visa” Rusiyada $60 mln. itirdiyini açıqlayıb

“Visa Inc”in xalis mənfəəti 2021–2022-ci maliyyə ilinin birinci yarısında 24% artaraq 7,6 milyard dollar təşkil edib. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, şirkət Rusiya bazarını tərk etməkdən itkiləri 60 milyon dollar olaraq qiymətləndirib.

“Rusiyadakı törəmə müəssisəmizin dekonsolidasiyası nəticəsində ümumi və inzibati xərclərdə 35 milyon dollar xalis zərər qeydə alınıb”, – deyə mesajda bildirilib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin göstərici ilə fevralın 24-ündə Ukraynada başlayan hərbi əməliyyatlar fonunda “Visa” və “MasterCard” Rusiya bazarından çıxdığını elan edib.

Son xəbərlər
Digər xəbərlər